featured-image-16506

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov əvəzedici heyətə göndərilən Rauf Əliyev barədə növbəti barədə açıqlama verib.

Msport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı Raufla bağlı yekun qərarını verdiyini bildirib:

“Raufun açıqlamasını oxumuşam. Mənim heç kimlə prinsipim yoxdur. Qızıl vaxtımızı boş şeylərə xərcləməyək. Qərarı vermişəm. Nizam-intizam mənim üçün ilk növbədə vacibdir. O, özünü ifşa edib. Deyib ki, məşqdə hansısa gənc futbolçunun üstünə qışqıra bilərəm. Kim söhbətə gəlmək istəyirsə, gəlsin. Futbolçu özünü ifşa edirsə, müzakirə etməyə ehtiyac yoxdur. Mənim başıma elə şeylər gəlib ki, açıqlasam, gərək Azərbaycan futbolu dayansın”.

Əhmədov hücumçunun komandadan tam göndərilməməsi məsələsinə də toxunub:

“Bu məsələni klub rəhbərliyinə ünvanlayacam. Əgər 2005/06-ci illərdən olan futbolçulara penaltidən qollar vurursa, mənə lazım deyil. Akademiyanın bütün oyunlarına gedirəm. Neçə dəfə baxmışam, penaltidən qol vurur. Belə futbolçu mənə lazım deyil”.

Bənzər xəbərlər