featured-image-16838

Tərlan Əhmədovun qara siyahısına düşüb əvəzedici komandaya göndərilən Rauf Əliyev qışda klubunu dəyişəcək.

Msport.az-a daxil olan məlumata görə, 33 yaşlı hücumçu “Şamaxı”dan dəvət alıb. Cavid Hüseynov təcrübəli futbolçunu yanına gətirmək istəyir.

Xatırladq ki, Tərlan Əhmədov Gəncə klubunun sükanı arxascəına keçən kimi millimizin sabiq üzvünü məşqdən qovmuşdu. Rauf isə saytımıza verdiyi müsahibədə baş məşqçi haqqında xoşagəlməz fikirlər səsləndirdi. “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri tərəfləri barışdırmağa çalışacaqlarını bildirdi.

“Şamaxı”da Amil Yunanov zədəli olduğundan komandanın təcrübəli hücumçuya ehtiyacı var.

Qeyd edək ki, Rauf Iliyev I divizionda 8 qol vuraraq bombardirlər yarışında 3-4-cü yerləri bölüşür.

Bənzər xəbərlər