“Real” “Barselona”ya rəqib oldu
“Bavariya”nın hücumçusu Mikael Olisenin klubdan ayrılmaq ehtimalı artmaqda davam edir.
Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu bir gün özünü La Liqada sınamaq istəyir.
“Real” və “Barselona” artıq onun planları barədə məlumat əldə ediblər. Ancaq fransalı futbolçunun yaxın gələcəkdə klubunu dəyişmək planı yoxdur. Hazırda o, Münhendə xoşbəxtdir.
Olise “Bavariya”ya 2024-cü ilin yayında “Kristal Pelas”dan keçib. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.







