“Real”dan Vinisiusa ultimatum
“Real”ın vingeri Vinisius Juniorun gələcəyi İspaniya futbolunda ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır.
Msport.az xəbər verir ki, braziliyalı ulduzun “Barselona”ya qarşı son matçın 72-ci dəqiqəsində əvəzləndikdən sonra Xabi Alonsoya qarşı aqressiv davranışından sonra məsələ daha da aktuallaşıb.
Onun baş məşqçiyə qarşı sərt ifadələr işlətməsi Alonsonu və klub rəhbərliyini məyus edib. Vinisiusa ultimatum verilib: ulduz oyunçu müqaviləsinin müddətini tezliklə yeniləməsə, o, daha az oyun şansı qazanacaq. “Kral klubu”nun başbilənləri 25 yaşlı futbolçunu 2026-cı ildə satmağı düşünürlər.
Bundan əlavə, “Real” artıq Vinisiusa onun əvəzlənməsinə qəzəbli reaksiyası ilə bağlı insidentin təkrarlanmasına dözməyəcəkləri barədə xəbərdarlıq edib.







