featured-image-73485

“Real” “Kristal Pelas”da çıxış edən Adam Uortonu heyətinə qatmaq istəyir.

Msport.az xəbər verir ki, paytaxt komandası 21 yaşlı futbolçunu yarımmüdafiə xəttində Orelyen Çuameniyə ideal alternativ hesab edir.

İngiltərəli oyunçu ilə “Mançester Siti”, “Liverpul”, “Mançester Yunayted” və “Çelsi” də maraqlanır. Onun transfer qiyməti 70 milyon avrodan çoxdur.

Qeyd edək ki, Adam Uorton cari mövsüm bütün turnirlərdə 27 matçda meydana çıxıb və üç məhsuldar ötürmə ilə yadda qalıb. Onun Premyer Liqa klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Bənzər xəbərlər