“Real” müdafiəçisinə yeni müqavilə təklif etdi
“Real” müdafiəçisi Antonio Rüdigerə yeni müqavilə təklif edib.
Msport.az xəbər verir ki, “kral klubu” 32 yaşlı futbolçusunu buraxmaq istəmir.
Hazırda tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar gedir. Almaniya millisinin üzvünün “Real”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Ona bir neçə klubdan təklif olsa da, futbolçu Madrid klubunda qalmaq istəyir.
Qeyd edək ki, Antonio Rüdiger “Ştuttqart”, “Roma” və “Çelsi”də oynadıqdan sonra 2022-ci ildə “Real”a keçib.







