Regekampf keçmiş xanımının evlərini əlindən almaq istəyir
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf ötən ay boşandığı Anamariya Prodanın əlindən evlərini almaq istəyir.
Msport.az-ın məlumatına görə, bu barədə rumıniyalı mütəxəssisin keçmiş xanımı yerli mətbuata açıqlama verib.
O, rumıniyalı mütəxəssisin hələ də onunla ədavət apardığını bildirib.
Prodanın sözlərinə görə, məhkəmənin təyin etdiyi 1 600 avroluq təzminat oldiqca azdır: “Rege indi də alimenti ödəməmək üçün mübarizə aparır. Yaxşı, mənim uşağım ayda 1 600 avroya necə yaşasın? Təkcə benzinə ayda 1000 avro pul gedir!”
Qeyd edək ki, Laurentsiu Regekampf cari mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.