featured-image-16650

“Neftçi” yaxın vaxtlarda baş məşqçisi Laurentisu Regekampfla yollarını ayıra bilər. Msport.az “gsp.ro” saytına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis “ağ-qaralar”la müqaviləsini ləğv etmək istəyir.

Onun hansı səbəbdən bu fikrə düşdüyü dəqiq bilinməsə də, məsələdə keçmiş həyat yoldaşı Anamariya Prodanla məlum qalmaqalın rol oynadığı istisna olunmur. Həmçinin, 47 yaşlı baş məşqçinin sabiq klubu “Styaua”dan təklif alması da öz sözünü deyir.

“Neftçi” azarkeşlərinin komandanın nəticələrindən narazı qalması ayrılıq prosesini daha da sürətləndirə bilər.

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, 2012 – 2014 və 2015 – 2017-ci illərdə “Styaua”ya rəhbərlik edib. Komanda bu mütəxəssislə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Bənzər xəbərlər