featured-image-6722

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampfın sağlam qidalanmaq üçün tikdirdiyi ferma sonradan böyük biznesə çevrilib.

Msport.az xəbər verir ki, bu barədə rumıniyalı mütəxəssis yerli mətbuata açıqlamasında deyib:

“Bunu əvvəlcə özüm üçün yaratmışdım. Birləşmiş Ərəb Əmirliklərində işləyərkən çox yeyirdim. Analiz verdim və mənə sağlam qidalanmalı olduğumu dedilər. Buna görə ferma tikdirdim. Bundan sonra çəkimi 94-95 kiloqrama sala bildim. Əvvəlcə orada cəmi bir neçə toyuq, inək, donuz və qoyun var idi. İndi isə minə yaxın, bəlkə də daha çox heyvan var. Bura çox böyük təsərrüfat və həm də kəsimxanadır”.

Yerli mətbuatın iddiasına görə, hazırda ferma 47 yaşlı baş məşqçiyə yaxşı gəlir gətirir.

 

Bənzər xəbərlər