featured-image-16549
Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf yenidən Rumıniyanın “Styaua” komandasının sükanı arxasına keçməkdə israrlıdır.
Msport.az “Fanatik.ro” nəşrinə istinadən xəbər verir ki, bu iddianı yerli jurnalist Horia İvanoviç irəli sürüb.
Onun sözlərinə görə, 47 yaşlı mütəxəssis daim klub prezidenti Cici Bekaliyə zəng edir: “Bizdə olan son məlumata görə, Regekampf “Styaua”ya qayıtmaq üçün çox təzyiq göstərir. O, son bir neçə gündə davamlı olaraq Bekaliyə zəng edir və onu zəngləri ilə yorub”.
Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, 2012 – 2014 və 2015 – 2017-ci illərdə “Styaua”ya rəhbərlik edib. Komanda bu mütəxəssislə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Bənzər xəbərlər