Regekampfa qarşı açılmış cinayət işinə xitam verildi
“Neftçi”nin baş məşqçisi Laurentisu Regekampfa qarşı açılmış cinayət işinə xitam verilib.
Msport.az-ın Rumıniya mətbuatına istinadən məlumatına görə, 47 yaşlı mütəxəssis dələduzluqda ittiham olunurdu.
Regekampfın sabiq həyat yoldaşı Anamariya Prodan polisə ərizə ilə müraciət edərək, məşqçini onun qızıllarını və bank hesabından 1 milyon avro vəsaiti oğurlamaqda günahlandırmışdı.
Qeyd edək ki, Laurentsiu Regekampf cari mövsümün əvvəlindən “Neftçi”yə başçılıq edir.