featured-image-6325

“Neftçi” ilə 2 illik müqavilə bağlayan Laurensio Regekampf karyerası, məşqçi bacarığı şəxsi həyatı hazırda böyük maraq doğurur.

Msport.az rumıniyalı məşqçinin 10 maraqlı fotosunu sizə təqdim edir.

Rumıniyalı mütəxəssis yerli mühitə əla uyğunlaşır. O, BƏƏ-nin “Əl Vəsl” klubuna gedərkən təqdimat mərasiminə tunika və ərəblərin istifadə etdiyi baş geyimində çıxmışdı. Sabah Regekampfı Bakıda buxara papaqda və “aerodrom” kepkada görsəniz, təəccüblənməyin.

media-arab

 

2016-cı ildə onun rəhbərlik etdiyi  “Styaua” Çempionlar Liqasının pley-off mərhələsində “Mançester Siti” ilə üz-üzə gəlmişdi. Onda ispaniyalı mütəxəssis hələ “Siti”nin sükanı arxasına yeni keçmişdi. Amma büdcəsi Rumıniya təmsilçisindən qat-qat üstün olan “şəhərlilər” rəqib meydanında 5:0 hesabı ilə qələbə qazanmışdılar.

media-rege-7

 

“Neftçi”nin yeni baş məşqçisi uşaqları çox sevir. O. məşhur agent Ana Mariya Prodanla ayrıldıqdan sonra Korina Kaçukla sevgilidir və artıq onların bir övladı da dünyaya gəlib. Onun böyük oğlunun isə 21 yaşı olduğunu da qeyd edək.

 

media-rege-4

 

Regekampf məşhur agent və bir vaxtlar “Playboy”un ulduzu olan Ana Mariya Prodandan qalmaqalla ayrılıb. Hətta indiyədək onların məhkəmə çəkişmələri davam edir. Amma köhnə fotolara baxanda görmək olur ki, vaxtı ilə cütlüyün arasında böyük sevgi yaşanıb.

media-rege-1

 

Hətta Ana Mariya Prodan bəzi tədbirlərə, xüsusi mərasimlərə üzərində Regekampfın rəsmi əks olunmuş paltarda gedirmiş. Maraqlı paltardır, dizayner pis işləməyib.

media-rege-6

 

Bəzən bu cütlük Devid Bekhemlə Viktoriya Adamsı da xatırladırdı. Ana Mariya daim Laurensionun tərzinə, geyiminə fikir verər, özü başına tac qoyurdusa, yoldaşına da eynisi tapardı.

 

media-rege-5

 

Regekampf Rumıniya millisində cəmi 1 oyun keçirib. Avro-2004-ün seçmə matçında Danimarkaya qarşı – 5:2. Az oynamasına baxmayaraq, o da məşhur komanda yoldaşları kimi saçını sarı rəngə boyamağa imkan tapmışdı.

media-rege-8

 

Dünəndən çox adam bu təyinatı eşitdikdən sonra “Qəbələ”də uğursuz fəaliyyəti ilə yadda qalan Doriel Muntyanunu yada salırlar. Maraqlıdır ki, onlar futbolçu olarkən bir-birə qarşı oynamağa imkan tapıblar. Onda hər ikisi Almaniya Bundesliqasında oynayırdı – Muntyanu “Volfsburq”da, Regekampf isə “Enerji Kotbus”da.

media-rege-9

 

O, son on ildə FCSB-nin (keçmiş “Styaua”) ən uğurlu məşqçisi sayılır. Hətta ötən il Buxarest klubu keçmiş baş məşqçisini komandaya qaytarmaq istəyirdi. Vaxtı ilə Regekampf bu komandada əllər üstündə gəzərdi.

media-rege-10

“Neftçi” rəsmiləri fikirləşməsin ki, Samir Abasovu göndərib qulaqları sakit olacaq. Yox, yeni məşqçi də az aşın duzu deyil. Hücum, aqressiv futbola üstünlük verən rumıniyalı mütəxəssis özü də lal-dinməz deyil. Tez-tez hakimlərə mübahisə edən Regekampfı biz yəqin ki, Azərbaycan Premyer Liqasında da cəzalanan görəcəyik.

media-rege-11

 

 

 

 

 

Bənzər xəbərlər