featured-image-7710

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın paytaxt klubunda alacağı maaş bəlli olub. Msport.az xəbər verir ki, onun əməkhaqqını keçmiş həyat yoldaşı Anamariya Prodan Rumıniya mətbuatına açıqlayıb.

Öncə mətbuatda 46 yaşlı mütəxəssisin ayda 40 min avro alacağa barədə xəbər yayılmışdı. Lakin Anamariya məbləğin daha az olduğunu bildirib: “Bir az inanılmazdır. Amma onun maaşı ayda 22 min dollardır”.

Qeyd edək ki, iyundan Anamariya Prodanla Regenkampf arasında məhkəmə çəkişmələri davam edir. Keçmiş həyat yoldaşı onu alimentləri verməməkdə ittiham edir.

Bənzər xəbərlər