featured-image-77918

Azərbaycan Premyer Liqasının 31-ci turu Rəhim Sadixov üçün əlamətdar olub.

Msport.az PFL-in saytına istinadən xəbər verir ki, “Turan Tovuz”un yarımmüdafiəçisi çempionatda  200-cü oyununa çıxıb. “Karvan-Yevlax”la matçda (1:0) sona qədər meydanda olan Rəhim 200 oyunda 31 qol vurub.

Debütü 2019/20 mövsümünə təsadüf edən yarımmüdafiəçi 3 klubun formasını geyinib. O, “Sumqayıt”da 82 (17 qol), “Zirə”də 70 (10 qol), “Turan Tovuz”da 48 (4 qol) görüşə çıxıb.

Bənzər xəbərlər