Rəhim Sterlinqin yeni klubu məlum oldu - RƏSMİ
İngiltərə millisinin sabiq üzvü Rəhim Sterlinq karyerasını Niderlandda davam etdirəcək.
Msport.az xəbər verir ki, “Çelsi”, “Mançester Siti” kimi klublarda çıxış etmiş hücumçu azad agent kimi “Feyenoord”a keçib.
31 yaşlı vingerin son klubu “Çelsi” olub. O, 2022-ci ilin yayından London təmsilçisində oynayırdı.
Sterlinq bu mövsüm bir oyunda belə meydana çıxmayıb.
Hücumçu “Mançester Siti”nin heyətində 4 dəfə İngiltərə çempionu olub.







