featured-image-34850

İsveçrə çempionatında 3-cü turun oyunları keçirilir. Msport.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun şərəfini qoruduğu “Qrasshopper” “Bazel”i qəbul edir.

Matça start heyətində çıxan hücumçu 38-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bu “Qrasshopper”in görüşdə 3-cü qolu olub. Hazırda oyunda ilk hissənin son dəqiqələri oynanılır. Dadaşovun komandası 3:1 hesablı üstünlüyə malikdir.

Bənzər xəbərlər