Renat Dadaşov ən yaxşılar arasında - FOTO
İsveçrə Superliqasında 5-ci turun rəmzi komandası açıqlanıb.
Msport.az xəbər verir ki, “Qrasshopper”in forvardı Renat Dadaşov ən yaxşılar arasına düşüb.
Millimizin forvardı 7,3 balla rəmzi komandaya düşüb.
Renat Superliqada üç qolla bombardirlər arasındadı. O, ardıcıl son 2 oyunda qol vurub.