Renat Dadaşov ən yüksək qiymət aldı
İsveçrə çempionatının 3-cü turunda “Qrasshoppers”in heyətində “Yanq Boys”la oyunda (1:1) fərqlənən Renat Dadaşov matçın ən yaxşısı olub.
Msport.az xəbər verir ki, yerli mətbuat görüşün ən yaxşısı kimi millimizin hücumçusunu qiymətləndirib. “Nau.ch” saytı futbolçuların qiymətləndirməsində ən yüksək xalı 23 yaşlı forvarda verib. Həmkarlarımız Dadaşovun oyununu 5 balla qiymətləndirib:
“Fasilədən sonra meydanda görünməyən Momohu əvəzlədi və qısa vaxt ərzində “Qrasshoppers” üçün çox vacib qolu vurdu. Bu qol qonaqlara “Yanq Boys” səfərində 1 xal gətirdi. Kamaranın ilk cəhdə topu qaytarması “Qrasshoppers” azarkeşlərinin kefini pozmadı”.