Renat Dadaşov İspaniyaya gedir
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İsveçrə “Qrasshopper”inin qış təlim-məşq planı bəlli olub.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda hazırlığın ikinci mərhələsini İspaniyada keçirəcək.
Yanvarın 3-ü və ya 4-ü başlayacaq toplanış 10 gün davam edəcək. “Qrasshopper” bu müddətdə 3 yoxlama oyunu keçirəcək.
Kollektiv yanvarın 10-da Almaniyanın “Maynts”, 13-də “Bohum” klubları, yanvarın 18-də isə yerli “Şaffhauzen”lə qarşılaşacaq.
Qeyd edək ki, Renat Dadaşov cari mövsümün əvvəlində “Qrasshopper”lə 2+1 illik müqavilə imzalayıb.