featured-image-5880

Bu gün Rəşad Sadıqovun 40 yaşı tamam olur. Müstəqillik dövründə Azərbaycanın ən parlaq futbolçularından olan Rəşad Sadıqov 1982-ci ildə Bakıda dünyaya göz açıb. Peşəkar karyerasına “Turan”da başlayan müdafiəçi milli komandada 2001-ci ildə debüt edib. O, yığmamızın heyətində 5 qol vurub.
“Neftçi”, “Qarabağ”, “Kayserispor”, “Kocaelispor”, “Əskişəhərspor”, “Fulad”da forma geyinmiş futbolçu Neftçi” ilə “Birlik kuboku”nu qazanıb, “Qarabağ”la 5 dəfə Avropa Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qrupunda çıxış edib.

8 dəfə Azərbaycan çempionu (2 dəfə “Neftçi”, 6 dəfə “Qarabağ”la), 4 dəfə Azərbaycan Kubokunun qalibi (1 dəfə “Neftçi”, 3 dəfə “Qarabağ”la), yığmada ən çox oyun keçirən (111) futbolçu kimi tarixə düşüb.

Hazırda “Zirə”nin baş məşqçisi olan Sadıqov kluba ölkə çempionatının bürünc medalını və UEFA Konfrans Liqasına vəsiqə qazandırıb.

Msport.az “böyük kapitan”ın millidə vurduğu qolları təqdim edir:

28 mart 2004-cü il. Azərbaycan – Qazaxıstan 3:2 (Yoldaşlıq oyunu) 

4 sentyabr 2004. Azərbaycan – Uels 1:1 (DÇ-2006-nın seçmə oyunu) 

12 mart 2006. Azərbaycan – Türkiyə 1:1 (Yoldaşlıq oyunu) 

12 oktyabr 2010. Azərbaycan – Türkiyə 1:0 (AÇ-2012-nin seçmə oyunu) 

4 sentyabr 2017. Azərbaycan – San Marino 5:1 (DÇ-2018-nin seçmə oyunu) 

Bənzər xəbərlər