featured-image-80660

“Qol vəziyyətlərindən istifadə edə bilmədik”.

Msport.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Payde”yə qarşı ilk görüşündən sonra mətbuat konfransında deyib.

Mütəxəssis cavab qarşılaşmasında mərhələni keçməyə çalışacaqlarını bildirib:

“İlk hissədə təzyiq etməklə rəqib üzərində üstünlük yaratdıq. Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik. İkinci hissəyə fəal başladıq. Son 15-20 dəqiqə ərzində oyun bərabərləşdi. Bəzi məqamlarda artıq rəqib də təhlükəli olmağa başladı. Oyundan əvvəl də vurğulamışdım ki, rəqibin avrokubok təcrübəsi var. Bunu matçın sonunda hiss etdik. Evdəki oyunda rəqib üzərində qələbə qazanaraq mərhələni keçmək istəyirik”.

Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.

Bənzər xəbərlər