featured-image-34780

Azərbaycan Premyer Liqasının ilk turunun hazırda davam edən “Qarabağ” – “Zirə” oyununda maraqlı hadisə yaşanıb.

Msport.az xəbər verir ki, “Azersun Arena”da keçirilən matçın sonlarına yaxın qonaqların müdafiəçisi Dmitrios Çantakias zədələnərək yerə yıxılıb.

Vaxtı uzatmağa çalışan yunanıstanlı müdafiəçi hakimlərin meydana daxil olmasını istəyib. Görüşün baş hakimi Əliyar Ağayev tibb işçilərini meydana dəvət etsə də, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov qəti şəkildə buna qarşı çıxıb. Məhz onun israrından sonra Çantakias ayağa qalxaraq oyuna davam edib.

Qeyd edək ki, hazırda “Zirə” 1:0 hesabı ilə öndədir. Yeganə qolu məhz Çantakias vurub.

Bənzər xəbərlər