featured-image-11858

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” yeni transferi İqnatius Qanaqonu təqdim edib. Msport.az xəbər verir ki, kamerunlu hücumçu  “Lans”dan heyətə cəlb olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı forvardla 4 illik müqavilə bağlanıb. “Nant” bu transfer üçün “Lans”a 4.4 milyon avro ödəyib.

Qeyd edək ki, “Qarabağ” “Nant”la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.

Bənzər xəbərlər