featured-image-80354

Argentina millisinin müdafiəçisi Kristian Romero ingiltərəli futbol veteranı Hari Nevilin cavabını verib.

Msport.az xəbər verir ki, “Manşester Yunayted”in sabiq üzvü DÇ-2026-nın Argentina – İngiltərə yarımfinal oyunundan öncə cənubi amerikalıların müdafiə xəttini tənqid etmişdi. O, Argentinanın iki mərkəz müdafiəçisini dünyanın ən zəif cütlüyü adlandırmışdı.

“Ümid edirəm ki, karyeramı başa vurduqdan sonra futbolçuları və ya başqa kimisə tənqid edəcək qədər onun kimi axmaq olmayacam . Hər kəs meydana çıxır ki, öz klubu və ya milli komandası üçün əlindən gələni eləsin. Amma oyun yaxşı da alına bilər, pis də” – Romero belə deyib.

Xatırladaq ki, Argentina yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Bənzər xəbərlər