featured-image-70277

“Mançester Yunayted” Kriştiano Ronaldonun “Old Trafford”a mümkün qayıdışına hazırlaşır.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” 2025/26 mövsümündə avrokuboklara düşə bilmədikdən sonra çətin maliyyə problemləri ilə üzləşib.

İngilis klubu təxminən 100 milyon funt sterlinq gəlir itirib. İtkiləri kompensasiya etmək məqsədilə klub yoldaşlıq oyunları keçirməyi planlaşdırır və potensial rəqiblərdən biri portuqaliyalı ulduz Kriştiano Ronaldonun oynadığı “Əl-Nəsr” ola bilər.

Ronaldo 2022-ci ilin noyabrında Erik ten Haq ilə fikir ayrılıqları səbəbindən “Yunayted”dən ayrılıb. Kriştiano o vaxtdan Səudiyyə Ərəbistanının peşəkar liqasında çıxış edir və yaxınlarda “Əl-Nəsr”lə müqaviləsini 42 yaşına qədər uzadıb. Yoldaşlıq oyunları üçün digər potensial rəqiblər isə “Milan”, “RB Leypsiq”, “Latsio” və “Sevilya” kimi klublar göstərilir.

Bənzər xəbərlər