featured-image-79872

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun 2026-cı il dünya çempionatından sonra yığmadakı karyerasını başa vuracaq.

Msport.az xəbər verir ki, bu barədə futbolçunun bacısı Katya Aveyru açıqlamasında deyib.

“Əldə etdiyim məlumata görə, Kriştiano Ronaldonun millidəki karyerası sona yaxınlaşır. Ola bilsin ki, bu onun vida turniri olacaq. Etibarlı mənbənin verdiyi məlumata əsasən, bu dünya çempionatı onun milli komandanın heyətində iştirak etdiyi son turnir, başqa sözlə, son rəqsi olacaq”, – deyə Katya Aveyru bildirib.

Qeyd edək ki, 41 yaşlı Kriştiano Ronaldo beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Portuqaliya millisi ilə Avropa çempionu adını və iki dəfə UEFA Millətlər Liqasını qazanıb. O, milli komandaların tarixində, Avropa çempionatlarında, UEFA Çempionlar Liqasında və klublararası dünya çempionatlarında vurulan qolların sayına görə rekordçudur.

Bənzər xəbərlər