Ronaldunun “7” nömrəsi ona verildi
Kriştianu Ronaldudan sonra Portuqaliya millisində 7 nömrəli formanı kimin geyinəcəyi məlum olub.
Msport.az xəbər verir ki, əfsanəvi futbolçunun nömrəsində artıq Rafael Leau çıxış edəcək.
Qeyd edək ki, 41 yaşlı hücumçu Portuqaliya yığmasından qalmaqalla ayrılıb. O, Danimarka ilə UEFA Millətlər Liqasının oyununda start heyətində olmayacağını bildikdən sonra düşərgəni tərk edib.







