featured-image-1323

AFFA-nın inzibati binasında Rövnəq Abdullayev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

Msport.az xəbər verir ki, federasiya prezidenti təcrübəli mütəxəssisi 50 illik yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb.

Qurban Qurbanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdən sonra xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, bu gün Qurban Qurbanovun 50 yaşı tamam olub.

Bənzər xəbərlər