"Rövşən Nəcəf necə desə, elə də olacaq" - "Neftçi" rəsmisi
“Hələlik sakitçilikdir, iclası gözləyirik”.
Bunu Msport.az saytına açıqlamasında “Neftçi”nin Müşahidə Şurasının (MŞ) üzvü Səməd Qurbanov deyib.
Son vaxtlar mətbuatda “ağ-qaralar”la bağlı yayılan xəbərlərə münasibət bildirmək istəməyən klub rəsmisi bunları söyləyib:
“İclasın vaxtı bilinmir. Ona görə də dəqiq nəsə söyləmək çətindir. Yəni, məndə heç bir məlumat yoxdur. Rövşən müəllim necə desə, elə də olacaq. Biz də gözləyirik”.
O, Müşahidə Şurasındakı işini davam etdirdiyini bildirib: “Bu barədə bizə bir söz deyilməyib. İşimizin başındayıq”.
Qeyd edək ki, baş məşqçi Laurentsiu Regekampfı istefaya göndərməyə hazırlaşan “Neftçi” Sərgən Yalçınla anlaşıb. Klubun prezidenti Kamran Quliyevin də istefaya göndəriləcəyi gözlənilir.
CAHİD







