featured-image-80842

“Estoniyada üstün tərəf biz idik”.

Msport.az xəbər verir ki, bunu “Zirə”nin futbolçusu Ruan Renato UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Payde” (Estoniya) ilə cavab matçından öncə mətbuat konfransında bildirib.

O, qələbə qazanmağa çalışacaqlarını vurğulayıb: “İlk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Baxmayaraq ki, üstün tərəf biz idik. Bu dəfə daha ciddi hazırlaşmışıq. Mərhələni keçən tərəf olmaq istəyirik”.

Qeyd edək ki, “Zirə” – “Payde” görüşü sabah, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər