featured-image-32096

Ruan Renato da “Qəbələ”dən ayrılıb. Msport.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Azərbaycandan kənarda davam etdirəcək.

29 yaşlı futbolçunun “Zirə”yə keçəcəyi ilə bağlı məlumat yayılsa da, o, gələn mövsüm ölkəmizdə olmayacaq.

“Qəbələ” mərkəz müdafiəçisini heyətində saxlamaq üçün çox çalışsa da, buna müəssər olmayıb. Ruan Ərəb ölkələrindən alan təklifi müsbət dəyərləndirib.

Qeyd edək ki, müdafiəçi “Qəbələ”də ilinə 100 min dollar əməkhaqqı alırdı.

Ruan ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyunda meydan çıxıb və 2 qol vurub.

Bənzər xəbərlər