Rüfət Abdullazadə Xorvatiyada debüt etdi
Xorvatiya çempionatında 3-cü turun oyunları keçirilib. Msport.az xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin şərəfini qoruduğu “Varajdin” öz meydanında “Osiek”i qəbul edib.
Görüş qolsuz bərabərliklə başa çatıb- 0:0.
64-cü dəqiqədə meydana daxil olan Rüfət yeni komandasında debüt edib.
Hesabında 2 xal olan “Varajdin” turnir cədvəlində 7-ci yeri tutur.