Rusiyada vətəndaş müharibəsi təhlükəsi - "Neftçi"nin planları alt-üst olur
Rusiyada baş verən hadisələrlə əlaqədar Sankt-Peterburqda gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
Msport.az xəbər verir ki, “ağ-qaralar” iyulun 1-də bu şəhərdə “PARI Premyer” turnirində ilk oyunlarıını keçirməli idilər.
Lakin şimal qonşumuzun əksər şəhərlərində böyük idman tədbirləri təxirə salınır. Düzü, vəziyyətin yaxın günlərdə stabilləşəcəyi o qədər də inandırıcı görünmür. Bu isə yarışın baş tutma ehtimalını sıfıra endirir.
Xatırladaq ki, “ağ-qaralar” iyulun 1-də yerli “Zenit”, 8-də “Srvena Zvezda”, 15-də isə “Fənərbağça” ilə qarşılaşmalı idi.
“Vaqner”in Rostovu ələ keçirməsi ilə vətəndaş müharibəsi təhlükəsi yaranıb. Dövlət başçısı Vladimir Putin xalqa müraciət edib və xainlərin cəzalanacağını bildirib.
Hələ ki təşkilatçılar turnirlə bağlı heç bir açıqlama verməyiblər.
Əgər yarış baş tutmasa, “Neftçi”nin bütün planları alt-üst olacaq və qısa vaxt ərzində təlim-məşq toplanışı üçün alternativ variantlar axtarmalı olacaqlar.
AYXAN







