featured-image-9585

Rusiyanın “Championat.com” saytı “Qarabağ” – “Ferentsvaroş” oyunu haqqında yazı hazırlayıb. Mixail Rojdestvenskinin hazırladığı yazı “Çerçesovun komandası Çempionlar Liqasında özünə problemlər yaratdı. Amma hələ növbəti mərhələyə yüksəlmək şansı qalır” adlanır.

Msport.az həmin yazını sizə təqdim edir:

“Stanislav Çerçesovun Çempionlar Liqasındakı fəaliyyətini izləməkdə davam edirik. Rusiyalı mütəxəssisin rəhbərlik etdiyi “Ferentsvaroş” avrolubokların əsas turnirində qrupa düşmək üçün çətin yol keçir. Macarıstan komanda I təsnifat mərhələsində “Tobol”u, ikincidə isə “Slovan”ı keçdi. Üçüncü mərhələdə rəqib “Qarabağ” oldu.

Oyunun əvvəli elə də baxımlı alınmadı. Tərəflər 12 dəqiqə ərzində hərəyə bir təhlükəli hücum təşkil etdilər. Lakin kiçik də olsa ərazi üstünlüyü “Ferentsvaroş”un tərəfində idi. Çerçesovun komandası “Qarabağ”ın futbolçularını irəlidə qarşılayaraq demək olar ki, öz qapısı qarşısında təhlükəli vəziyyətlərin yaranmasına imkan vermirdi.

17-ci dəqiqədə “Ferentsvaroş” üstünlüyünü qola çevirə bildi. Bu gözəl alınmadı, amma nə fərqi var. Künc nöqtədən ötürmədən sonra top cərimə meydançasında qaldı. Çerçesovun oyunçuları topu dəlicəsinə qapıya göndərmək istəyirdilər. Ancaq qapı tirinə tuş gəldilər. Ancaq hücumçu Frank Boli öz işini gördü, başla topu qapıdan keçirdi.

Bayramı VAR ləğv edə bilərdi. Qolun təkrarına oyundan kənar vəziyyət şübhəsi ilə baxsalar da, heç nə tapmadılar – 0:1.

“Ferentsvaroş”un bu oyundakı ilk problemi heyətlə bağlı oldu. Hipperaktiv sol cinah müdafiəçisi Sami Mmae rəqiblə toqquşub qazona yıxıldı. Lakin sonda qalxıb oyuna dönə bildi.

“Ferentsvaroş” qoldan sonra yavaş-yavaş yoxa çıxmağa başladı. Çerçesov meydanın kənarında öz oyunçularını irəli səsləyirdi. Lakin elə təəssürat yaranmışdı ki, onlar məşqçini eşitməyə tələsmirlər. Üstünlüyün könüllü şəkildə əldən verilməsinə görə Macarıstan komandası demək olar ki, həmin anda cəzalandı. 34-cü dəqiqədə orta sahədəki boşluq “Qarabağ”ın təhlükəli hücumuna və cərimə zərbəsinə gətirib çıxardı. Qapıçı Deneş Dibuş topu önünə qaytardı. Ovusu Kvabena topa hamıdan tez çatdı – 1:1.

“Ferentsvaroş”dan fərqli olaraq “Qarabağ” öz qolundan sonra fəallaşdı. Fasilə ərəfəsində meydan sahibləri hətta ikinci qolu vurdular. Ancaq qol oyundankənar vəziyyətə görə qeydə alınmadı. Bundan bir az əvvəl isə “Ferentsvaroş” hesabda önə keçə bilərdi, əgər Adama Traore təkbətəki dəyərləndirsəydi.

İkinci hissənin əvvəlində “Ferentsvaroş”un heyətlə bağlı problemi açkar şəkildə yarandı. Mmae bir epizodda ardıcıl iki dəfə ayağına zərbə alaraq meydanı həkimlərin köməyi ilə tərk etməli oldu.

Vaxt gedirdi, Çerçesovun komandası təşəbbüsü özünə qaytara bilmirdi. Demək olmaz ki, “Qarabağ”ın çoxlu qol vəziyyətləri var idi, lakin “Ferentsvaroş” ümumiyyətlə təhlükə yarada bilmirdi. Qonaqların oyanışı hissənin ortalarında baş verdi. 68-ci dəqiqə Macarıstan komandası möcüzə nəticəsində 2-ci qolu vura bilmədi. Bundan sonra da onlar əks-hücumlara bel bağlasalar da. bunu təhlükəli şəkildə edirdilər.

Oyunun başa çatmasına 10 dəqiqə qalmış meydanda daha bir rusiyalı göründü. “Qarabağ”ın heyətində “Zenit”, “Krılya Sovetov” və “Dinamo”nun sabiq hücumçusu  Ramil Şeydayev meydana girdi. Bir neçə dəqiqədən sonra o, az qala qol təşkil edəcəkdi. Cinahla irəlilədi, müdafiəçini keçdi və cərimə meydançasına təhlükəli ötürmə verdi. Lakin komanda yoldaşı onu dəyərləndirə bilmədi.

Son dəqiqələrdə oyun çox şən keçdi. Hər iki komandanın yaxşı imkanları var idi. Ancaq hər halda “Qarabağ” 2-ci qola daha yaxın oldu. Həmin anda isə qollar artıq qurtarmışdı.

Cavab oyunundan əvvəl “Ferentsvaroş”un vəziyyəti pis deyil. Məğlubiyyətdən qaça bildilər, evdə isə doğma azarkeşlər dəstək verəcəklər. Lakin qeyri adekvatlıq hissi var: niyə könüllü şəkildə üstünlüyü əldən vermək lazım idi?

Bənzər xəbərlər