featured-image-16910

“Sabah” – “Qarabağ” oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Murad Musayev etiraf etdi ki, futbolçular qələbəyə görə nəzərdə tutulan mükafatı alacaqlar.

Msport.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu üzərində qalibiyyətə görə 2 min, heç-heçəyə isə 1000 manat mükafat nəzərdə tutulubmuş. Bu isə o deməkdir ki, “Sabah”da bugünkü matçda əsas heyətdə şans əldə edən futbolçular 2 min manat qabağa düşəcəklər.

Amma bir şey var ki, paytaxt klubunda bu mövsümdən mükafatın verilməsi forması dəyişib. İndi məbləğin 50 faizi futbolçuların hesabına köçrülür. Pulun yarısını isə oyunçular mövsümün sonunda alacaqlar. Bu isə çempionatın gedişində büdcəyə çox ziyan vurmamaqla bağlıdır. Mövsüm başa çatdıqdan sonra yığılmış mükafatlar hər bir futbolçuya ödəniləcək.

 

Bənzər xəbərlər