featured-image-6093

“Sabah” 3 futbolçusunu icarəyə verir. Msport.az xəbər verir ki, paytaxt klubunun gənc oyunçuları – Veysəl Rzayev, Şakir Seyidov və İdris İnqlablı gələn mövsüm “Turan Tovuz”da çıxış edəcək.

Premyer Liqaya qayıdan Qərb klubu hər üç futbolçu ilə bir illik müqavilə bağlayacaq.

19 yaşlı yarımmüdafiəçi Rzayev ötən mövsüm “Sabah”ın heyətində 4 oyunda meydana çıxıb.

Bu il Latviyaya yollanan və “Dauqavpils”də 8 oyun keçirən Seyidov da tezliklə yenidən Azərbaycana qayıdıb.

Bənzər xəbərlər