"Sabah"a "Netçi" ilə oyundan sonra çempionluq kuboku veriləcək
Azərbaycan Premyer Liqasının 2025\2026-cı illər mövsümünün qalibi olmuş “Sabah” klubuna qızıl medalların nə zaman veriləcəyi məlum olub.
Msport.az PFL-ə istinadən xəbər verir ki, 32-ci tur çərçivəsində 17 may saat 18:00-da keçiriləcək “Sabah” – “Neftçi” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək.
Premyer Liqanın qalibi olmuş “Sabah” komandasına çempionluq kuboku və qızıl medallar təqdim ediləcək







