"Sabah" "Benfika" ilə qarşılaşa bilər
UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilb.
Msport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Orhus” (Danimarka) – “Sabah” (Azərbaycan) cütünün məğlubunun rəqibi də müəyyənləşib.
Məğlub komanda Avropa Liqasının pley-off mərhələsində “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də keçiriləcək.







