featured-image-29063

“Sabah” – “Beşiktaş” oyununun tarixi məlum olub. Msport.az xəbər verir ki, uzun müddətdir danışıqların getdiyi xeyriyyə matçı mayın 13-də keçiriləcək.

Oyunun harada keçirilməsi ilə bağlı iki variant var – Tofiq Bəhramov adına stadion və Bakı Olimpiya Stadionu. Böyük ehtimalla “Qarabağ” – “Qalatasaray” görüşü kimi bu qarşılaşma da BOS-a salına bilər.

Sadəcə bir məsələ var ki, “Sabah” mayın 14-də Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində “Sumqayıt”la səfərdə qarşılaşmalıdır. Yəqin ki, Peşəkar Futbol Liqası həmin oyunun tarixini dəyişəcək.

 

Bənzər xəbərlər