"Sabah bizi ağır oyun gözləyir" - İslandiya millisinin futbolçusu
Islandiya millisinin futbolçusu Haukon-Arnar Haraldsson DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyun öncəsində mətbuat nümayəndələrinin önünə çıxıb.
Msport.az xəbər verir ki, o, əvvəlcə sabahkı matçla bağlı fikirlərini bölüşüb:
-Bu, bizim üçün çox vacib oyundur. Pley-off şanslarımızı davam etdirmək üçün uğurlu nəticə əldə etməliyik. Son turda Ukrayna ilə qarşılaşacağıq. Həmin oyunu səbirsizliklə gözləyirəm. İlk dəfədir ki, Bakıdayam, gözəl şəhərdir.
-İlk oyunda qazanılmış 5:0 hesablı qələbə sizin komandanı arxayınlaşdıra bilər?
-Yox, ola bilməz. Reykyavikdəki matçdan sonra Azərbaycan millisi artırıb. Sabah bizi ağır oyun gözləyir. Azərbaycan komandası ilə görüşdən qabaq motivasiya ilə bağlı problemimiz yoxdur.
Qeyd edək ki, Azərbaycan – İslandiya matçı sabah saat 21:00-da “Neftçi Arena” stadionunda keçiriləcək.







