featured-image-4150

Avrokuboklardan kənarda qalan “Sabah” daha bir futbolçu ilə yollarını ayırıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Şpiro Periçiçlə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. 28 yaşlı futbolçu 2021-ci ilin avqustundan “Sabah”da çıxış edirdi.

O, ötən mövsüm “Sabah”ın heyətində Azərbaycan Premyer Liqasında 15 oyunda meydana çıxıb və 1 qol vurub.

Qeyd edək ki, Murad Musayevin komandası buna qədər Slavik Alxasovla da yollarını ayırmışdı.

media-perr

Bənzər xəbərlər