featured-image-5036

“Sabah” daha bir futbolçusu ilə müqaviləni uzadıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, milli komandamızın üzvü Bəxtiyar Həsənalızadə ilə anlaşmanın müddəti 1 il də artırılıb.

29 yaşlı müdafiəçi 2020-ci ilin dekabrından “Sabah”ın heyətində çıxış edir. O, paytaxt klubunda ümumilikdə 36 oyun keçirib. Mərkəz müdafiəçisi ötən mövsüm Azərbaycan Premyer Liqasında 25 oyunda meydana çıxıb və 1 qol vurub.

media-IMG_20220605_105719-1

Bənzər xəbərlər