"Sabah" daha bir transfer etdi
Mövsümə iddialı başlayan “Sabah” daha bir transfer həyata keçirib.
Msport.az xəbər verir ki, Musar Musayevin baş məşqçisi olduğu komanda sabiq futbolçusu Aleksey Kaşuku heyətə qatıb.
Onunla rəsmi müqavilə yaxın saatlarda açıqlanacaq.
Donetsk “Şaxtyor”unun yetirməsi olan 21 yaşlı futbolçu ötən mövsüm də “Sabah”da icarədə oynayıb.