“Sabah” Danimarkada dəstəksiz qalmayacaq
“Sabah”ı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Orhus”la (Danimarka) səfər matçında 70-ə yaxın azarkeş dəstəkləyəcək.
Msport.az xəbər verir ki, dünən çarter reysi ilə Danimarkaya yollanan komandanın heyətində hər hansı itki yoxdur.
Qeyd edək ki, “Orhus” – “Sabah” matçı sabah, Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda keçiriləcək. Komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da təşkil olunacaq.







