"Sabah" "Fənərbaxça"nın sabiq futbolçusu ilə danışıq aparır - ÖZƏL
Con İrasaballa müqavilə bağlayan “Sabah” daha bir müdafiəçi ilə danışıqlar aparır. Msport.az xəbər verir ki, Murad Musayev Abdulaye Banın xidmətlərində maraqlıdır.
31 yaşlı mərkəz müdafiəçisinin son klubu Portuqaliya “Aroka”sı olub. Buna qədər isə o, Portuqaliyada “Moryerenşe” (2021), “Vitoriya Gimaraynş” (2013-2014), “Portu ” (2010-2017), “Akademika” (2011-2012) və “Sportinq Kovilyan” (2010-2011) klublarında oynayıb. Seneqallı futbolçu 7 il “Portu”da olsa da, o, əsas komandada cəmi 15 oyun keçirib, daha çox icarələrdə olub.
Abdulaye Ba 2015-2016-cı illər mövsümündə icarə əsasında “Fənərbaxça”da 10 oyun keçirib və 1 qol vurub. O, bundan başqa, Türkiyədə “Alanyaspor”da da (2016) çıxış edib.
Müdafiəçi 2018-2019 mövsümündə “Rayo Valekano”nun formasını geyinərkən La Liqada 26 matçda meydana çıxıb. O, Almaniya II Bundesliqasında “1860 Münhen”, Rumıniyada “Dinamo Buxarest” kimi klubların da şərəfini qoruyub.
Ba Seneqal yığmasında 7 oyun keçirib.