featured-image-24288

AFFA İntizam Komitəsi Premyer Liqanın daha 3 klubunu cərimələyib.

Msport.az xəbər verir ki, “Zirə”, “Kəpəz” və “Sabah” komitə tərəfindən cəzalandırılıb.

“Zirə”nin “Turan Tovuz”la, “Kəpəz”in isə “Sumqayıt”la matçda 4 futbolçusu sarı vərəqə aldığı üçün həmin klublar 800 manat cəriməyə məruz qalıblar.

“Şamaxı” ilə qarşılaşmada isə “Sabah”ın rəsmi şəxsləri birinci köməkçi hakimlə mübahisə yaşayıb. Bu, bakılıları 3200 manat ziyana salıb.

Bənzər xəbərlər