featured-image-32139

Təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada keçirəcək “Sabah”ın yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub.

Msport.az saytının məlumatına görə, Bakı klubu Yunanıstanın ən titullu komandalası olan “Olimpiakos”la qarşılaşacaq.

47 qat ölkə çempionu ilə qarşılaşma iyulun 19-da oynanılacaq və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, “Sabah” Avstriyada 3 yoxlama oyunu keçirilməyi planlaşdırır.

Bənzər xəbərlər