featured-image-55339

“Sabah” basketbol komandasının litvalı çalışdırıcısı Rimas Kurtinaytis ölkəsinin yığmasına baş məşqçi təyin olunub.

Msport.az xəbər verir ki, bu barədə Litva Basketbol Federasiyası məlumat yayıb. 64 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

O, milli komanda ilə yanaşı, “Sabah” klubunda da çalışacaq.

Bu ilin yanvarından Bakı təmsilçisinə rəhbərlik edən R. Kurtinaytis 2002-2006-cı illərdə Azərbaycan millisi və “Qala”nın baş məşqçisi olub.

Rimas Kurtinaytis üç dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb.

Bənzər xəbərlər