featured-image-24918

Misli Premyer Liqasının 26-cı turu çərçivəsində keçirilmiş “Sabah” – “Sumqayıt” (4:0) oyunu gənc yarımmüdafiəçi Seymur Məmmədov üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matçın 90-cı dəqiqəsində Namik Ələskərovun əvəzinə meydana çıxan Məmmədov, cəmi 2 dəqiqə sonra fərqlənib.

Bu, Seymurun “Sabah”ın heyətində vurduğu ilk qoldur. 19 yaşlı futbolçu buna komandada 3-cü rəsmi oyununda nail olub.

Seymur Məmmədov “Sabah” Futbol Akademiyasının yetirməsidir.

Bənzər xəbərlər