featured-image-80969

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Msport.az xəbər verir ki, “Orhus” (Danimarka) – “Sabah” cütünün qalibinin də rəqibinin kimliyinə aydınlıq gəlib.

Azərbaycan çempionunun  rəqibi səpələnmişlər səbətində yer alan “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi olub.

“Sabah” mərhələ adlasa, ilk oyunu səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26 avqustda keçiriləcək.

Bənzər xəbərlər